“Kəpəz” növbəti transferini reallaşdırmağa yaxındı.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu bir müddətdi baxışda olan Ezekuel Morqanla münasibətləri rəsmiləşdirəcək. Onunla 1 illik müqavilə imzalanacaq.
Lakin “sarı-göy”lər seneqallı mərkəz yarımmüdafiəçisini icarəyə verməyi planlaşdırır. I Liqa təmsilçisi “İmişli” Morqanın xidmətlərində maraqlıdı.
“Kəpəz” tərəfi Morqanla müqavilə imzalayıb onu “İmişli”yə icarəyə verəcək.

