09 İyun 2026
Ölkə futbolu

Bölgə klubundan VACİB XƏBƏR – Baş məşqçinin taleyi səfər oyununda həll olunacaq

Misli Premyer Liqasının VIII turunda “Karvan Yevlax” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Bölgə təmsilçisində işlər yolunda getmir. 

Komanda son beş oyunda 4 məğlubiyyət alıb, bir heç-heçə edib. Hazırki vəziyyət rəhbərliyin ürəyincə deyil.

Bu səbəbdən də Sumqayıtdakı matç baş məşqçi Azər Həşimov üçün xüsusi önəm daşıyır. Əgər “ağ-qaralar” bu görüşdən xalsız ayrılsa, yüksək ehtimalla Həşimovla yollar ayrılacaq.

Artıq klub daxilində bu barədə söz-söhbətlər dolaşır. Dəyişiklik bölgə təmsilçisində əsas gündəm mövzusudur.

Həşimovun klubdakı taleyi “Sumqayıt” səfərindəki nəticədən asılıdır. 

Xatırladaq ki, “Sumqayıt” – “Karvan Yevlax” matçı ayın 18-də keçiriləcək.

İdmanxeber.az 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43