09 İyun 2026
Dünya futbolu

Messi futbol tarixində yeni rekorda imza atdı

Lionel Messi futbol tarixində yeni rekorda imza atıb.

İdmanxeber.az-ın məlumatına görə, Argentina millisinin 38 yaşlı hücumçusu Puerto Riko ilə yoldaşlıq oyununda iki assist edərək millidəki ötürmələrinin sayını 60-a çatdırıb.

Beləliklə, Messi millilər səviyyəsində ən çox məhsuldar ötürmə verən futbolçu olub. Əvvəlki rekord 58 assistlə Neymar və Lendon Donovana məxsus idi.

Argentina görüşü 6:0 hesabı ilə qalib başa vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43