Dünya futbolu

Bosniyanın baş məşqçisi: “Azərbaycanla oyun hələ başlanğıcdır”

Bosniya və Hersoqovina U-21 millisinin baş məşqçisi Vinko Marinoviç Azərbaycanla keçirəcəkləri oyun barəsində danışıb. O, bu oyunun futbolçularının özlərini sübut etmələri üçün yaxşı imkan olduğunu bildirib:

“Bu oyun oyunçualrım üçün çox yaxşı fürsıtdir. Onlar özlərini göstərməlidir.Futbolçular yığmaya layiq olduqlarını sübut etməlidirlər. Əlbəttə ki, bu hələ başlanğıcdır. Azərbaycanla oyunun siyahısında olmayan futbolçulara da mütləq gələcək matçlarda şans veriləcək”.

Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərində keçiriləcək Bosniya və Herseqovina – Azərbaycan matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43