Dünya futbolu

Boven ilk het-trikini etdi

“Vest Hem” dünən gecə keçirilən görüşdə “Brentford”u məğlub edib – 4:2

İdmanxeber.az-ın məlumatına görə, London klubunun 3 qolunu Cerrod Boven vurub. 27 yaşlı oyunçu karyerasında ilk het-trikini edib.

2020-ci ildən “Vest Hem”də çıxış edən Boven bu mövsüm bütün turnirlərdə 32 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Vest Hem” 39 xalla 8-ci yeri tutur, “Brentford” isə 25 xalla 16-cı yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43