10 İyul 2026
İdman

Böyük Dəbilqə: cüdoçularımız ikinci gündə də medalsız qaldı

Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə medal qazana bilməyiblər.

İdmanxeber.az-ın məlumatına görə, yarışın ikinci günündə mübarizəyə qoşulan 4 kişi cüdoçu uğursuz nəticə ilə yadda qalıb.

81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.

73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və 1/8 finalda turnirlə vidalaşıblar.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycanın 8 cüdoçusu çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb. Turnirə iyunun 18-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43