10 İyul 2026
İdman

Azərbaycan atleti beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub.

İdmanxeber.az-ın məlumata görə, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkic atma növündə gümüş medal qazanıb.

O, 68.67 metr göstərici ilə buna nail olub. Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43