Dünya futbolu

Braziliyalı futbolçu Ronaldonun yanına gedir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. O, “Əl-Nəsr” klubu ilə danışıq aparır.

Ərəblər Kasemiroya yüksək məbləğdə maaş ödəyəcək.

32 yaşlı futbolçu 2023/2024 mövsümündə Mançester klubunda 32 oyun keçirib və 5 qol vurub.

Xatırladaq ki, portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo da “Əl-Nəsr” forması geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43