07 İyul 2026
Ölkə futbolu

Bruno Akrapoviç: “Daha yaxşı oynaya bilərdik”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" – "Şkendiya" matçından sonra qonaq komandanın baş məşqçisi Bruno Akrapoviç bunları deyib:

"Məşqlərdə planlaşdırdığımız kimi oyunu oynadıq. İstədiyimiz kimi matçı çevirirdik. Topa sahib olmaq prinsipi ilə oynadıq. 2-ci hissədə "Neftçi"nin daha çox üzərimizə gələcəyini gözləyirdik. Çox ağıllı oynadılar. Məncə normal hesabdır. "Neftçi"nin heyətində oyunu dəyişdirə biləcək futbolçusu yoxdur. Məşqçi də bu imkandan məhrum idi. Açıq-aydın görsəndi ki, komandamız yaxşı oynadı. Bizi yol yordu. Daha yaxşı oynaya bilərdik".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43