Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” “Şkendiya” ilə matçda 0:0 hesablı bərabərliklə meydandan ayrıldı.
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Vəli Qasımov açıqlamasında bunları deyib:
“Rəqibin çox böyük təcrübəsi var. Mərhələni keçmək çətin olacaq amma keçsək ola bilsin ki, qrup mərhələsində oynayaq. Hər dəfə meydana çıxanda qələbəni istəyirik. Təəssüf ki, bacarmadıq. Bəzi oyunçularımız 2-ci hissədə daha tez yoruldular. Ehtiyat oyunçular azdır. Oyunun müdafiədən qurulması tapşırığını mən vermişdim. Bəzi futbolçular müdafiəyə vaxtında qayıtmadılar deyə əziyyət çəkdik”.