07 İyul 2026
Dünyadan

Bu da son: “Real” üçün şad xəbər

Madridin “Real” klubu Benzemanın sıraya dönməsinə sevinir.

İdmanxeber.com-un məlumatına görə, bir müddət idi ki, zədəli olan və bu səbəbdən Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə “Yuventus”la oyunu buraxmalı olan Kərim Benzema artıq komandayla birgə məşqlərə qatılır. 

Fransız futbolçu bu gün keçiriləcək “Valensiya”ya qarşı matçda oynamağa hazırdı. Onun Çempionlar Liqasında “Yuventus”la yarımfinal mərhələsinin cavab oyununda da meydana çıxacağı dəqiqdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43