19 İyun 2026
Dünya futbolu

“Bu fəlakət idi, belə şey baş verməməli idi” – İsveçin futbolçusu

İsveç millisinin hücumçusu Viktor Dyekereş Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya təmsilçisi “Sportinq”də çıxış edən 25 yaşlı futbolçu oyunun taleyinin erkən həll olunduğunu bildirib:

“Bu fəlakət idi, belə şey baş verməməli idi. Rəqib ilk 6 dəqiqədə iki qol vurdu. Bundan sonra mübarizə aparmaq çox çətin idi. Kifayət qədər yaxşı oynamadıq və qol şansları yaratmadıq”.

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43