Kateqoriyasız

Bu klubun futbolçularına ağır cəza verildi – Azərbaycanda

AFFA İntizam Komitəsi “Cəbrayıl” və “Energetik” (Mingəçevir) komandaları arasında Region Liqasının 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, qərara əsasən, “Energetik” komandasının rəsmisi Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb. Bundan başqa, oyunun sonlarında hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün “Energetik” komandasının futbolçuları – Elvin Əlizadə, Allahverdi Allahverdiyev, Tural Məmmədzadə hər biri 14, Orxan Əlibabayev 10 oyunluq cəzalandırlıb.

90+3-cü dəqiqədə oyun yarımçıq dayandırıldığı üçün “Energetik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43