Kateqoriyasız

“Neftçi”nin oyunçusuna 2 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

1-di divizionun 23-cü turunun “Zaqatala” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Musa Musazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

23-cü turun “Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Neftçi-2” komandasının futbolçusu Elton Əlibəyli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

23-cü turun “Sabah-2” – “Qaradağ Lökbatan” oyununda “Sabah-2” komandasının futbolçusu Fərid Kərimzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43