09 İyul 2026
Dünya futbolu

Bu şəhərdə oynamaq baş ağrısı və nəfəs darlığı yaradır

Argentina millisi sabah səfərdə Boliviya yığması ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, dəniz səviyyəsindən 3600 metr hündürlükdə yerləşən La Pas şəhərində baş tutacaq qarşılaşmada mübarizə aparmaq elə də asan deyil.

Belə ki, burada çıxış etmək futbolçularda başgicəllənmə, baş ağrısı, nəfəs darlığı və başqa problemlər yarada bilir. 

Hətta Argentina millisinin üzvü Aleksis Makallister sosial şəbəkə hesabında oksigen balonu ilə nəfəs aldığı fotosunu paylaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43