Dünya futbolu

Burak Yılmaz Türkiyə klubu ilə müqavilə imzaladı

Türkiyə millisinin üzvü Burak Yılmazın yeni klubunun adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, son iki mövsümü Çinin “Pekin Qoyan” klubunun heyətində keçirən hücumçu karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu “Trabzonspor” klubu ilə münasibətlərini rəsmiləşdirib.  Burak sabiq komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Burak Yılmaz 2010/12-ci illərdə “Trabzonspor”un uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43