Milli komandamızın və Slovakiyanın “Jilina” klubunun hücumçusu Ramil Şeydayev “Qarabağ” klubu barədə “facebook” səhifəsində paylaşım edib.
İdmanxeber.com-un məlumatına görə, gənc hücumçu Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə adlayan “Qarabağ”ı bu uğura görə təbrik edib. Şeydayev sosial şəbəkə hesabında “Bravo, “Qarabağ” başlığı ilə status yerləşdirib.
Xatırladaq ki, Ramil Şeydayevin komandası “Jilina” ÇL-də II təsnifat mərhələsində “Kopenhagen”ə uduzaraq mübarizəni dayandırmışdı.