Kateqoriyasız

Canni De Byazi iki futbolçunu millidən kənarlaşdırdı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Millətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Canni De Byazi  “Sabah” klubundan Amin Seydiyev və “Zirə”dən Qismət Alıyevi  iştirak ərizəsinə daxil etməyib. Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43