“Çelsi” Qrem Potterin yerinə baş məşqçi axtarışlarını davam etdirir.
İdmanxeber.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, London klubu artıq bir neçə mütəxəssislə danışıqları davam etdirir. Onlardan biri də Maurisio Poçettinodur.
Argentinalı çalışdırıcı daha öncə Premyer Liqada “Tottenhem” klubunun baş məşqçisi olub. O, son olaraq 2022-ci ildə PSJ-dən ayrılıb.
“Bavariya”nın sabiq baş məşqçisi Yulian Naqelsman da London klubunun baş məşqçi postuna namizəddir.

