Dünya futbolu

“Çelsi” “Beşiktaş”ın istədiyi futbolçudan imtina etdi

“Çelsi” Denis Zakarianın satın alma maddəsini aktivləşdirməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi isveçrəli futbolçunu komandada saxlamaq niyyətində deyil. İcarə əsasnda “Çelsi”də çıxış edən oyunçunun performansı məşqçilər heyətini razı salmayıb.

Zakaria müqavilə ilə “Yuventus”a məxsusdur. Onun mövsüm sonu Turin təmsilçisinə qayıdacağı gözlənilir.

Millinin futbolçusu “Beşiktaş”ın da maraq dairəsindədir. Baş məşqçi Şenol Günəş yarımmüdafiəçini heyətində görmək istəyir. Tərəflərin mövsüm sonu danışıqlara başlayacağı gözlənilir.

26 yaşlı futbolçu cari mövsüm “Çelsi”də 10 matçda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43