“Çelsi” heyətini uzunmüddətli plan üzrə formalaşdırmağa davam edir.
İdmanxeber.az-ın məlumatına görə, klubun əsas yarımmüdafiəçisi Moyses Kaysedo “zadəganlar”la yeni uzunmüddətli müqavilə barədə razılığa gəlib.
Hazırkı müqaviləsi 2031-ci ilə qədər olan ekvadorlu futbolçunun yeni sözləşməsi 2033-cü ilin yayına qədər uzadılacaq.

