21 İyun 2026
Dünya futbolu

“Real”da ciddi dəyişiklik

Uğursuz mövsüm keçirən “Real” yeni mövsüm üçün heyətdə dəyişikliklərə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, Madrid klubu yayda bir neçə futbolçu ilə yollarını ayıracaq.

Məlumata görə, David Alaba və Dani Karvaxalın müqavilələri yenilənməyəcək. Dani Sebalyos, Eduardo Kamavinqa və Qonsalo Qarsiya isə satış siyahısına salınıb.

Qeyd edək ki, “Real” Çempionlar Liqasında 1/4 finalda “Bavariya”ya məğlub olub, La Liqada isə 31 turdan sonra 2-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43