“Liverpul” mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, klub bir neçə futbolçu ilə yollarını ayıra bilər.
Məlumata görə, Məhəmməd Salah və Endryu Robertsonla vidalaşma gündəmdədir.
Kalvin Remsi və Ris Uilyamsın müqavilələri isə iyunda başa çatır.
Bundan başqa, Cozef Qomes, Aleksis Makallister, Harvi Elliott, Kertis Cons və Federiko Kyezanın da gələcəyi qeyri-müəyyəndir.
Baş məşqçi Arne Slotun taleyi də hələ dəqiqləşməyib.

