08 İyul 2026
Dünya futbolu

“Çelsi” “Real”ın yetirməsini istəyir

“Çelsi” “Komo”nun 21 yaşlı yarımmüdafiəçisi Nikolas Pazı heyətinə qatmaq istəyir.

İdmanxeber.az xəbər verir ki, argentinalı futbolçu “Real”ın yetirməsidir və Madrid klubu yayda geri alma hüququndan yararlanmağı düşünür. İngiltərə təmsilçisi isə buna mane olmaq niyyətindədir.

Paz 2024-cü ilin avqustundan “Komo”da çıxış edir, onun müqaviləsi 2028-ci ilə qədərdir. “Çelsi” hazırda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43