“Çelsi” hücum xəttini gücləndirmək üçün böyük addım atır.
İdmanxeber.az -ın məlumatına görə, London klubu “Real”ın braziliyalı ulduzu Vinisius Junior üçün 150 milyon avroluq təklif hazırlayır.
Transferin reallaşması üçün “Çelsi”nin digər braziliyalıları – Estevao və Joao Pedronun da prosesə cəlb olunacağı bildirilir.
Klub Vinisiusu hücum xəttinin uzunmüddətli lideri kimi görür. “Real” isə hələlik bu məsələ ilə bağlı mövqe bildirməyib.

