01 İyul 2026
Ölkə futbolu

Hakimi söyən futbolçuya sərt cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, toplantıda II Liqa klubu “Kür-Araz”ın futbolçusu Asim Quliyevə 4 oyunluq cəza verilib.

22 yaşlı yarımmüdafiəçi 9-cu turun “Qaradağ Lökbatan”la oyunu bitdikdən sonra hakimi təhqir edib.

Bölgə təmsilçisi Quliyevin hərəkətinə görə 1000 manat cərimə ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43