Dünya futbolu

“Çelsi”dən “Barselona”ya 60 milyon

“Barselona” Jul Kundeni məcbur saxlamaq niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu komandadan ayrılmaq istəyir. Baş məşqçi Xavi onu fikrindən daşındırmaq istəsə də, oyunçunun qərarı qətidir. 

İspaniya mətbutaı yazır ki, “Çelsi” Kundenin xidmətində maraqlıdır.

Hətta London klubunun oyunçu üçün 60 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilir.

25 yaşlı müdafiəçinin yayda komandadan ayrılacağı gözlənir.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43