“Çelsi”nin iki futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bunlar Pyer-Emerik Aubameyanq və klubun vingeri Kristian Pulişiçdir. Bu barədə klubun baş məşqçisi Okan Buruk da açıqlama verib.
O, London təmsilçisindən bir neçə oyunçu almaq istədiklərini bildirib. Yaxın vaxtda tərəflərin danışıqlara başlayacağı vurğulanıb.

