“Barselona”nın keçmiş müdafiəçisi Jordi Alba gələcək karyerası ilə bağlı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, yay transfer pəncərəsində istənilən təklifə açıq olduğunu bildirib. O, karyerasını Avropada davam etdirməyi düşündüyünü açıqlayıb.
Mayın 24-də Alba mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb. O, 11 il kataloniyalıların şərəfini qoruyub.
2022/23 mövsümündə müdafiəçi bütün yarışlarda 30 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

