07 İyul 2026
Ölkə futbolu

“Planlarımızı həyata keçirməyə davam etmək istəyirəm”

“Klubda son vəziyyət belədi ki, hamı gözləmə movqeyindədir. Amma buna baxmayaraq, biz hər iki varianta hazırıq və işimizi qərara uyğun quracağıq”.

Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın baş məqşçisi Vüqar Əsgərli bölgə klubunun son durumu barədə danışarkən deyib. O, əyalət təmsilçisindəki gələcək karyerasından da söz açıb:

“Komanda ilə hələ bir illik müqaviləmiz qalır. İcraiyyə Komitəsinin verəcəyi qərarın ardından klub daxili iclasda bütün qaranlıq məqamlara aydınlıq gələcək. Əgər rəhbərliklə razılaşma olarsa, planlarımızı həyata keçirməyə davam etmək istəyirəm”.

Əsgərli heyətdəki futbolçuların hazırkı durumunun bəlirsiz olduğunu vurğulayıb:

“Bildiyiniz kimi komanda ilə müqaviləsi bitən və sözləşməsi davam edən oyunçular var. Onlarla danışıqlara başlamaq üçün hansı liqada oynayacağımız önəmlidi. Ona görə də AFFA İcraiyyə Komitəsinin iclasını gözləməliyik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43