07 İyul 2026
Dünya futbolu

“Çelsi” serbiyalı hücumçu alır

“Çelsi” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

İdmanxeber.az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, Turin klubu serbiyalı hücumçunu 80 milyon avroya satmağa hazırdır.  Həftəsonu London təmsilçisinin nümayəndələri “Yuventus”la görüşüblər.

“Zadəganlar” futbolçunun transferində israrlıdır. Vlahoviç də Premyer Liqada çıxış etəyə müsbət yanaşır. Transfer yaxın vaxtlarda rəsmiləşə bilər.

23 yaşlı forvard bu mövsüm “Yuventus”un heyətində 42 oyunda 14 qola imza atıb. Onun tam statistikası ilə burada tanış olmaq olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43