“Borussiya”nın yarımmüdafiəçisi Jud Bellingem “Real”la müqavilə imzalayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Bildirilir ki, 19 yaşlı ingilitərəli ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
2022/23 mövsümündə Bellingem bütün yarışlarda 42 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

