29 İyun 2026
Dünya futbolu

“Çelsi”nin qapıçısı komandadan gedir

“Çelsi”nin qapıçısı Filip Yorgensen qışda komandadan ayrılmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, oyun praktikasının azlığından narazı olan 23 yaşlı qolkiper bu mövsüm cəmi 4 matça çıxıb. Danimarkalı qapıçının gedişi klub rəhbərliyinin qərarından asılı olacaq.

Yorgensen 2024-cü ilin yayında “Vilyarreal”dan 24,5 milyon avroya transfer olunub.

Hazırda “transfermarkt” onun dəyərini 18 milyon avro kimi göstərir. “Çelsi”nin əsas qapıçısı isə Robert Sançesdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43