Dünya futbolu

Çempionlar Liqası: PSJ uduzdu, “Milan” növbəti mərhələdə – YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib

İdmanxeber.az-ın məlumatına görə, Gecənin ən maraq doğuran matçı Almaniyada baş tutub. Səfərdə PSJ-yə qalib gəlməyi bacaran “Bavariya” doğma meydanda da Paris klubunu məğlub etməyi bacarıb – 2:0.

Digər görüşdə İngiltərədə keçirilib. “Tottenhem” doğma meydanda “Milan”ı qonaq edib. İlk oyunda İtaliyada 1:0 hesabı ilə məğlub olan London təmsilçisi evdəki görüşdə də rəqibi ilə bacarmayıb – 0:0.

Bu nəticlərin ardından “Bavariya” və “Milan” klubları 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart

00:00. “Bavariya” (Almaniya) – PSJ (Fransa) 2:0
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:0
“Münhen Futbol Arenası”.

00:00. “Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya) 0:0
Baş hakim: Klemen Türpin (Fransa)
İlk oyun – 0:1
London, “Tottenhem Hotspur” stadionu.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” komandaları 1/4 finala vəsiqə qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43