İdman

Çempionlar Liqası: “Beşiktaş” səfərdən 3 xalla döndü, “Napoli” Ukraynada uduzdu – NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında qrup mərhələsinin I turunun görüşləri çərçivəsində daha 8 qarşılaşma keçirilib.

İdmanxeber.com-un məlumatına görə, baş tutan görüşlərdən sonra ilk turun bütün görüşləri arxada qalıb. Gecənin maraqlı oyunlarından biri E qrupunda reallaşıb. “Liverpul” və “Sevilya” komandalarının dueli məhsuldar heç-heçə ilə bitib. 2:2. Gecənin digər maraq kəsb edən matçı isə H qrupunda gerçəkləşib. “Tottenhem”2in evdə 2Borussiya”nı qəbul etdiiyi oyun ev sahiblərinin qələbəsi ilə sonuçlanıb. Azərbaycanda da xeyli azarkeşi olan qardaş ölkə təmsilçisi “Beşiktaş” isə G qrupunun görüşləri çərçivəsində səfərdə “Porto” ilə münasibətlərinə aydınlıq gətirib. İstanbul klubu qələbə qazanaraq qrup mərhələsinə uğurlu start verib.

13 sentyabr
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur

E qrupu

“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:2
Qollar: 
Ben Yedder, 5 (0:1), Firmino, 21 (1:1), Salah, 37 (2:1), Korrea, 72 (2:2) 
“Maribor” (Sloveniya) – “Spartak” (Moskva, Rusiya) – 1:1 
Qollar:
 Səmədov, 60 (0:1), Bohar, 85 (1:1)


F qrupu

“Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) – 0:4 

Qollar: 
Stounz, 2, Aquero, 10, Xesus, 25, Stones, 63
“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) – 2:1 
Qollar:
 Tayson, 16 (1:0), Ferreyra, 58 (2:0), Milik, 71-pen (2:1)


G qrupu

“Leyptsiq” (Almaniya) – “Monako” (Fransa) – 1:1 

Qollar: 
Forsberq, 33 (1:0), Tielemans, 35 (1:1)  
  
“Porto” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 1:3 

Qollar: Taliska, 13 (0:1), Mareqa, 21 (1:1), Tosun, 28 (1:2), Babel, 86 (1:3) 


H qrupu

“Real” (İspaniya) – APOEL (Kipr) – 3:0

Qollar: 
Ronaldo, 12; 50-pen, Ramos, 61 
“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 3:1 
Qollar: 
Min Son, 4  (1:0), Yarmolenko, 11 (1:1), Keyn, 15 (2:1); 60 (3:1) 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43