10 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: Gecənin nəticələri

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk gündə üç oyun keçirilib.

Azərbaycan çempionu “Qarabağ”ı bu turnirdən kənarlaşdıran Polşa “Rakuv”u qrupa vəsiqə yolunda ilk görüşünü öz meydanında keçirib. Adıçəkilən komanda Danimarka “Kopenhagen”inə 0:1 hesabı ilə məğlub olub.

Cütlüklərin cavab qarşılaşmaları avqustun 30-da olacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
22 avqust
23:00. “Antverpen” (Belçika) – AEK (Yunanıstan) – 1:0

Qol: Vinsen Yanssen, 16

23:00. “Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) – 0:1
Qol: Boqdan Rakovitan, 9 (avtoqol)

23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland) – 2:2
Qollar: Abdallah Sima, 45, Rabbi Matondo, 78 – İbrahim Sanqare, 61, Luk de Yonq, 80

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 matçı avqustun 23-də gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43