01 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: “Qalatasaray”ın növbəti turdakı potensial rəqibi bəlli oldu

“Qalatasaray”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi Litvanın “Jalqiris” klubunu keçəcəyi təqdirdə “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya) cütünün qalibi ilə görüşəcək.

“Qalatasaray” Litva təmsilçisi ilə ilk oyununu sabah saat 20:00-da keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43