“Trabzonspor”la müqaviləsinə xitam verən Mark Bartra köhnə klubu “Betis”lə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mərkəz müdafiəçisi İspaniya klubu ilə 1 illik müqavilə imzalayıb.
“Barselona”nın yetirməsi olan Bartra daha əvvəl 2017-22-ci illər arası “Betis”də çıxış etmişdi. O, bu müddətdə 146 oyuna çıxıb və 7 qol vurub.
Cəmi 1 mövsüm çıxış etdiyi “Trabzonspor”da isə 40 oyuna 4 qol vurub.

