01 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın III təsnifatda potensial rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını keçəcəyi təqdirdə “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi ilə görüşəcək.

“Köhlən atlar” ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43