20 İyun 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” “Nyukasl”a məğlub oldu – YENİLƏNİB 

Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq Ağdam təmsilçisi İngiltərə “Nyukasl”ını Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların böyükhesablı qələbəsilə başa çatıb – 6:1.

Xatırladaq ki, “Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə) – 6:1

Qol: E.Cəfərquliyev, 55, – Antoni Qordon, 3, 32(pen), 34, 45+1(pen), M.Thiav, 9, 

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43