Kateqoriyasız

Çempionlar Liqasında finalın adı – “Barselona” – “Yuventus”! (VİDEO)

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son finalçı İspaniyada müəyyənləşib.

Madriddə yerli "Real" klubu İtaliya nəhəngi "Yuventus"la qarşılaşıb.. İlk görüşdə minimal hesablı qələbə qazanan "qoca sinyora" səfərə rəqibinə uduzmamaqla finala yüksəlib.

13 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

23:45. "Real"  – "Yuventus" – 1:1

Qollar: Ronaldo, 23-pen. (1:0), Morata, 58 (1:1)

İlk oyun: (1:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43