Ölkə futbolu

“Dalğa Arena”dakı oyuna giriş pulsuz olacaq

Milli komandaların 2018-ci il dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində yaranan fasilədən maksimum istifadə etməyə çalışan klublarımız yoxlama görüşləri keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu mənada "Səbail" və "Zirə" klubları üz-üzə gələcək. Bu barədə debutant klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib. Qarşılaşma sentyabrın 2-si saat 17:30-da start götürəcək. Matç "Dalğa Arena"da oynanılacaq. Oyun KİV nümayəndələri və azarkeşlər üçün açıq olacaq. 

Jurnalistlər üçün saat 16:30-da metronun “Koroglu” stansiyasının yaxınlığındakı körpü tərəfdən “Dalğa Arena”ya nəqliyyat gedəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43