Dünya futbolu

Dani Alveşin yeni komandası məlum oldu

“Yuventus”dan ayrılan Dani Alveşin yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu karyerasını Fransada davam etdirəcək. Azad agent statusu daşıyan 34 yaşlı müdafiəçi PSJ ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Alveşin “Mançester Siti” ilə razılığa gəldiyi iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43