“Napoli” Yesper Lindströmün keçidi üçün “Ayntraxt”la (Frankfurt) razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu bu transfer üçün almanlara 25 milyon avro ödəyəcək. Danimarkalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Lindström 2 mövsüm çıxış etdiyi Frankfurt klubunda 78 oyuna çıxıb və 14 qol vurub.
2021-22 mövsümündə Avropa Liqasının qalibi olub.

