Ayaz Quliyevin “Sabah”a keçidi rəsmiləşib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Azərbaycan əsilli futbolçu Rusiyanın “Ximki” klubundan transfer edilib. Quliyevlə 3 illik müqavilə bağlanıb. O, “Sabah”da 8 nömrəli formada çıxış edəcək.
Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub.

