18 İyul 2026
Dünya futbolu

Musa ilə bağlı suallarla baş məşqçini “atəşə tutdular”: “O, öz işini görür” – VİDEO

Xəbər verdiyimiz kimi, İsveç çempionatının 21-ci turunda Musa Qurbanlının şərəfini qoruduğu “Yurqorden” klubu öz meydanında “Degerfors”a qalib gəlib – 4:1.

İdmanxeber.az-ın məlumatına görə, həmin oyunda iki qol vurub, məhsuldar ötürmə edən Musa Qurbanlı oyunun ən yaxşılarından biri oldu.

Matçdan sonra keçirilən mətbuat konfransı başlayan kimi yerli jurnalistlər oyunun ən yaxşısı olan Musa ilə bağlı sualları “Yurqorden”in baş məşqçisi Tomas Laqerlöfa ünvanlayıb. Çalışdırıcı oyunun ən yaxşıları olan Musa və Samuel Daal barədə danışıb. O, hər iki futbolçusunun oyunundan razılığını bildirib.

“Onların qələbədə əməyi çox oldu. Musa meydanda olduqca yaxşı oynamağa başlayıb. O, öz işini görür, komandanın ritminə daxil ola bilib, futbolçu yoldaşlarını tanımağa başlayıb”.

Sizə təqdim edəcəyimiz videoda matçın icmalı və mətbuat konfransı yer alıb:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43