14 Dekabr 2024
Dünya futbolu

Davakarlara müştəri çıxdı

Türkiyənin “Beşiktaş” klubu iki futbolçusunu satmağa hazırlaşır.

Qardaş ölkə mətbuatı xəbər verir ki, komanda daxilində intizamsız hərəkətlləri ilə seçilən və hətta, məşqlərin birində əlbəyaxa olan İbrahim Toraman və Sezər Öztürkü “Çaykur Rizəspor” transfer etmək istəyir.

Bu barədə “ağ-qaralar”ın prezidenti Fikrət Ormanla görüşən Rizə təmsilçisinin baş məşqçisi Rıza Çalımbay “hə” cavabını alıb. Hər iki oyunçunun qışda “Çaykur Rizəspor”la müqavilə imzalaması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43