“Betis” və “Valensiya” David de Xea ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı qolkiper yay transfer pəncərəsi dövründə heç bir klubla razılaşa bilmədi. Azad agent olan De Xea 2 İspaniya klubundan birinə keçə bilər.
Təcrübəli qolkiper sonuncu dəfə İspaniya Liqasında 2010-11 mövsümündə “Atletiko”nun (Madrid) heyətində oynayıb.

