PSJ-nin hücumçusu Usman Dembele zədələnib.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı futbolçu Çempionlar Liqasının 4-cü turunda “Bavariya” ilə oyunun 25-ci dəqiqəsində zədə səbəbindən meydanı tərk edib.
Dembele bir neçə həftə oynamayacaq. O, bu mövsüm 13 matçda 5 qol və 3 assistlə yadda qalıb.

