29 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubunun gözlədiyi qərar veriləcək – Azarkeşlər hazırlaşsın 

“Karvan Yevlax” dünən yoxlama görüşü çərçivəsində Region Liqası təmsilçisi “Bərdə” ilə üz-üzə gəlib. Yenilənmiş qazonun sınaq məqsədilə keçirilən matçı Peşəkar Futbol Liqasının əməkdaşları da izləyib.

Qurum nümayəndələri süni örtüklü meydançaya və Yevlax şəhər stadionuna növbəti dəfə baxış keçiriblər. Yekun qərarın Premyer Liqa klubu üçün sevindirici olacağı gözlənilir.

Yaxın günlərdə PFL tərəfindən kluba ev oyunlarını doğma meydanda keçirməsi ilə bağlı məktub göndəriləcək. Arena üçün müsbət rəy veriləcəyi yüksək ehtimaldır.

Artıq işlərin 90 faizinin həll olunduğu bildirilir.

“Karvan Yevlax” Misli Premyer Liqasının XI turunda keçiriləcək “Kəpəz” görüşünü Yevlaxda oynamağa hazırlaşır.  

Həsən Quluzadə / İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43